Son zamanlar robot-köməkçilər bir çox insanın həyatına daxil olub. Cərrahiyyə sahəsində isə robotlar artıq 10 ildir ki, istifadə edilir. Cərrahlar əməliyyatları coystiklər və ya digər periferik qurğular vasitəsilə yerinə yetirirlər ki, bu isə heç də hər zaman rahat olmur. Qərbi İngiltərə Universitetinin araşdırmaçıları cərrahların işini asanlaşdırmaq qərarına gəliblər və barmaqları təbii şəkildə hərəkət etməyə imkan verən xüsusi əlcəklər düzəldiblər. Ekzoskelet əlcək özündə insan barmağının konsktruksiyasını birləşdirən vibrasiyalı cərrahi alətlərə, eləcə də pasientin bədənini göstərə bilən smart-eynəklərə malikdir. Yeni sistem cərrahlara əməliyyat zamanı özlərini sərbəst hiss etməyə şərait yaradacaq. Özü də bu cür sistemlə robotları təlimatlardırmaq qısa vaxt alacaq. Texnologiyanın bazara nə vaxt çıxarılacağı bəlli deyil.
Cavanşir Məmmədzadə
- Baxış: 528