• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2205
— 28.03.2017 01:32

Tovuzda güclü külək olub

Tovuz rayonunda güclü külək fəsadlar törədib. Hadisə zamanı rayonda bir neçə evin hasarı dağılıb, dam örtüyü uçub. Külək həmçinin rayonun mərkəzindəki piyada keçidinin tavanını da dağıdıb. Güclü külək zamanı Tovuzun  10-a yaxın kəndinin elektrik enerjisi də kəsilib. Hazırda kəndlərə elektrik enerjisinin verlişinin bərpa edilməsi istiqamətində işlər aparılır.