• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2381
— 28.03.2017 00:49

Ev quşları oğurlayan gənc tutulub

KepezTV Player

Tovuzda oğurluq etməkdə şübhəli bilinən gənc tutulub. O, evlərdən nə qızıl, nə gümüş, nə pul... quş aparıb. Ev quşları. Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Əlimərdanlı kənd sakini 21 yaşlı İsmayıl Verdiyev şübhəli şəxs qismində istintaqa cəlb edilib. Araşdırmalarla məlum olub ki, gənc müxtəlif vaxtlarda yaşadığı kənddə bir neçə sakinin hinindən ev quşları oğurlayıb. Düzdür, sakinlərə dəymiş ziyan ödənilib. Amma bu, Verdiyevi cəzadan xilas etməyib.

Zülfiyyə Telmanqızı