KepezTV Player
Goranboy rayonunun Meşəli kəndində dava baş verib. Torpaq sahəsi ilə bağlı yaranan davada Kəlbəcər rayonundan olan məcburi köçkün 21 yaşlı kənd sakini Ələmşah Salmanov xəsarət alıb. Başından yaralanan gənc qohumları tərəfindən Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Tibb müəssisəsinin travmatologiya şöbəsinə yerləşdirilən Salmanovun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
- Baxış: 531