KepezTV Player
Valideyn himayəsindən məhrum olan və aztəminatlı ailələrin uşaqları sünnət edilib. 8 nəfərin kiçik toy mərasiminə Gəncə Uşaq Evi və Gəncə SOS Uşaq Kəndinin sakinləri qatılıb. Onlar üçün viktorinalar təşkil olunub, cizgi filmi qəhrəmanları, klounların iştirakı ilə məzəli səhnəciklər təqdim edilib. Balacalar da öz rəqsləri ilə bacarıqlarını nümayiş etdiriblər. Tədbir rəngarəng mahnıların sədası altında rəqslərlə davam edib. Aztəminatlı və imtiyazlı ailələrin, eləcə də valideyn himayəsidən məhrum olan uşaqlara hədiyyələr təqdim edilib.
Fərid Mehdizadə
- Baxış: 655