Şəmkir Bələdiyyyəsinin nəzdində yaradılan iri taxılçılıq və bitkiçilik təsərrüfatı olan “Ceyrançöl”də əkin sahələrinin genişləndirilməsi istiqamətində işlər aparılır. Yaz-tarla işlərinə başlanılan təsərrüfatda 200 hektar sahədə yazlıq taxıl səpilib. Müasir texnikalar vasitəsi ilə cari ildə 1000 hektarda qarğıdalı, 2000 hektarda payızlıq taxıl, 5600 hektar sahədə növbəlilik əkin prinsipi qorunmaqla müxtəlif kənd təsərrüfatı məhsullarının əkilməsi, eləcə də 2400 hektarda bağçılığın salınması nəzərdə tutulur. Bununla da 8 min hektar torpağın əkin dövriyyəsinə cəlb edilməsi planlaşdırılır. Təsərrüfatda suvarma suyuna olan ehtiyacın tam ödənilməsi üçün yeni su xətlərinin çəkilməsi və süni göllərin yaradılması istiqamətində işlər də sürətləndirilib. Bu günədək 65 min və 250 min kub metr həcmində 2 su tutarlar yaradılıb, su xətləri çəkilib. Dövlət investisiya layihəsi çərçivəsində 7 km məsafəyə əlavə su xəttinin və 500 min kub metrlik daha bir su tutarının yaradılması istiqamətində işlər davam etdirilir.
Elşad Hüseynov- "Ceyrançöl" MMC-nin direktoru: “Bu il əkdiyimiz taxıl sahələrini biçib qurtardıqdan sonra, həmin ərazilərdə senajlıq qarğıdalı əkməyi planlaşdırırıq. Düşünürük ki, bu da heyvandarlıq istiqamətində görülməsi vacib olan işlərdən biridir”.
Natiq Hüseyn
- Baxış: 1191