• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2134
— 27.03.2017 13:38

Ev yandı - alov əşyaları və sənədləri məhv etdi

KepezTV Player

Yevlaxda yanğın hadisəsi baş verib. Heydər Əliyev küçəsi, 63 ünvanında, Rima Əsədovaya məxsus ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli 4 otaqlı ev yanıb. Fərdi yaşayış evini cənginə alov içəridəki əşyaları və sənədləri sıradan çıxarıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yevlax Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və 2 yanğınsöndürən maşını cəlb edilib. Alovun ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan yoxdur. İlkin ehtimala görə, yanğın elektrik naqillərindəki qısaqapanma səbəbindən baş verib. Ailəyə dəyən ziyanın miqdarı müəyyənləşdirilir. Dəqiq səbəblər araşdırılır.

Bahar Əsədova- ev sakini: “ Bu ev 3 insanın evidir, yığışıb bir evdə oluruq. Yəni bu 3 evdən 1 dənə nişanə qalmayıb, xəstəmiz vardı, sabah xəstəxanaya aparacaqdıq, o puldan 1 dənə belə qalmayıb”.
 

Zülfiyyə Telmanqızı