• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 855
— 27.03.2017 13:26

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları gömrük nəzarətindən gizli olan qızılın ölkəyə keçirilməsinin qarşısını alıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları isə külli miqdarda zərgərlik məmulatının gömrük nəzarətindən gizli və bəyan etməməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının xanım vətəndaşı gömrük nəzarətindən keçərkən onun əl yükündə bəyan edilməyən qızıl-zinət əşyalarının olması şübhə doğurub. Bu səbəbdən həmin şəxs sərnişin gömrük yoxlanılmasına dəvət olunub. Vətəndaşın əl çantalarında və sellofan paketindəki geyim əşyalarının arasında 1 ədəd boyunbağı-qolbaq dəsti, 3 ədəd üzük, 10 cüt sırğa və 8 ədəd kulon aşkar edilib. Vətəndaşın üzərində şəxsi yoxlama nəticəsində isə onun alt geyimində, ayaqqabısının içində və şalvarının balağının qatlanmış yerlərində 45 ədəd boyunbağı, 26 ədəd üzük, 21 cüt sırğa, 19 ədəd qolbaq, 2 ədəd sırğa cütü-üzük dəsti və bundan başqa, qoluna keçirilmiş vəziyyətdə 3 ədəd qolbaq aşkar olunub. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 436,62 qram olan, 585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır. Faktla bağlı araşdırma aparılır.

Zülfiyyə Telmanqızı