KepezTV Player
Lənkəranda evə basqın zamanı xəsarət alan baş həkim xəstəxanada dünyasını dəyişib. Hadisə martın 17-də baş verib. Naməlum şəxs və ya şəxslər Xolmili kənd sakini Vahab Səfərovun evinə basqın ediblər. Müqavimət göstərən ev sahibi başından zərbələr alıb. Kənd ambulatoriyasının baş həkimi vəzifəsində çalışan Səfərov yaxınları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına, daha sonra Bakıda klinikalardan birinə aparılıb. Həkimlərin 10 günlük səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 430