• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1327
— 20.03.2017 14:01

“Kəpəz”dən azarkeşlərə Novruz qələbəsi

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü turun oyunları keçirilib. Hesabat turunda “Kəpəz” Gəncə şəhər stadionunda “Sumqayıt”ı qəbul edib. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən matçın taleyini bir qol həll edib. Bu qolu da “sarı-göylər” vurub. Gəncə klubunun braziliyalı legioneri Dario Frederiko birinci hissənin sonuna yaxın əks-hücumu məhsuldar zərbə ilə tamamlayaraq “Kəpəz”ə minimal hesablı qələbə qazandırıb. Bu qələbə ilə xallarının sayını 24-ə çatdıran gəncəlilər turnir cədvəlində 7-ci pillədəki mövqeyi qoruyublar.

Azad Rəfi