• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2130
— 20.03.2017 14:01

“Ölkəmizi tanıyaq" tur-aksiyasının iştirakçısı olan Göygöllü məktəblilər ölkənin şimal-qərb bölgəsində səfərdə olub

KepezTV Player

Şəki-Zaqatala-Qəbələ marşrutu üzrə ekskurisya edən yeniyetmələr Qəbələdə Nohur gölünə və Vəndam şəlaləsinə, Şəkidə Dövlət Tarix-memarlıq qoruğu, Xan Sarayı, Yuxarı Karvansaray, Cümə Məscidi ilə tanış olublar. Məktəblilər daha sonra Zaqatala rayon Kiş kəndində yerləşən qədim Alban məbədi və rayonun digər tarixi memarlıq abidələrini gəziblər. Maarifləndirici tur-aksiyanın III günü Qəbələ rayonuna yola düşən məktəblilər burada Tarix-Diyarşünaslıq muzeyində, Heydər Əliyev adına Konqres Mərkəzində, piano zavodunda və “Tufandağ” kompleksində olublar. Müxtəlif intellektual yarışlarda biliklərini sınayan şagirdlər rayona mükafatlarla qayıdıb. Tur-aksiya şagirdlərin dünya görüşünü artırmaqla onların bilik və bacarıqlarını təkmilləşdirməsinə də xidmət edir.

 

Natiq Hüseyn