• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2337
— 19.03.2017 12:44

Tovuzda yol qəzasında 9 nərəf yaralanıb

Bugün Tovuzda ağır yol qəzası baş verib. Heydər Əliyev prospektində, Tovuzçay üzərindəki körpüdə 2 "VAZ-21011" markalı avtomobilin toqquşması nəticəsində 9 nəfər xəsarət alıb. Yaralılar Tovuz Mərkəzi rayon Xəstəxanasına aparılıblar. Onlardan 5 nəfəri tibbi yardım göstərildikdən sonra, ambulator müalicə üçün evə buraxılıb. 50 yaşlı Rəhim Qasımovun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. 62 yaşlı Afər Axundova, 70 yaşlı Əkbər Abdullayev, 54 yaşlı Zahir Hacıyev isə müalicəsini tibb müəssisəsinin travmatologiya şöbəsində davam etdirir. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.