• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2198
— 18.03.2017 15:18

9-cuların Gəncədə baş tutan buraxılış imtahanına 13 mindən çox məktəbli qatılıb

KepezTV Player

Bu gün 9-cular 1-ci mərhələdə buraxılış imtahanı verib. Gəncədə 6 binada təşkil olunan prosesdə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə imtahan vermək üçün 3292 şagird qeydiyyatdan keçib. 30 sualı cavablandırmaq üçün şagirdlərə 2 saat vaxt verilib. 254 nəzarətçi-müəllim və 20 imtahan rəhbəri otaqlarda müşahidəçi qismində iştirak edib. Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən imtahanlara ümumilikdə qərb regionu üzrə 13 mindən çox məktəbli qatılıb. Buraxılış imtahanının 1-ci mərhələsinin nəticələri iyun ayında, 2-ci mərhələ imtahanlarına qədər məlum olacaq.

Rəşid Qasımov-  imtahan rəhbəri: “Şagirdlərin imtahan verməsi üçün nə lazımdırsa etmişik. Siz də müşahidə edirsiz, görürsüz ki, məktəbdə tam sakitçilikdi, hər bir şagird öz işi ilə məşğuldur və heç kim, heç kimə mane olmur. Və imtahan prosesi ən yaxşı şəraitdə keçir”.

Eşqin Mirzəzadə- şagird: “Nəzarət də, suallar da çox yaxşı idi. Sualları yaxşı cavablandırdıq. İnanıram ki, cavablar da yaxşı olar”.

Lamiyə Ramazanova- şagird: “İmtahan bir az çətin idi. Xüsusən də riyaziyyatdan olan suallar. Buna baxmayaraq, suallara cavab verdik. Hər kəsə uğurlar arzulayıram”.

 

Elton Cabbarlı