Land Rover şirkəti Cenevrə motorşousunda xüsusi modifikasiyalı Discovery ofroudunu - Project Hero-nu təqdim edib. Avstriyanın Qırmızı Xaç Komitəsi üçün hazırlanan maşının əsas özəlliyi damda dronun peyda olmasıdır. Bu dronla fəlakət zamanı ərazini yuxarıdan izləməyə şərait yaranır. Uçan pilotsuz aparat aktiv maqnitlə təchiz olunub, bu isə ona imkan verir ki, avtomobil hərəkətdə olarkən damda eniş edə bilsin. Drondan savayı yolsuzluq maşını əlavə avadanlıqlar bərkidilə bilən xüsusi panel, işıq diodlu faralar, taxıc yuvası, çox tezlikli radiötürücü və baqajda sürüşən döşəmə əldə edib. Avtomobil 3 litrlik dizel mühərriklə şütüyür. İyun ayından maşın Avstriyanın Vyana və Ersberq şəhərində, Avstriya Qırmızı Xaç Komitəsinin təlim mərkəzində olacaq.
Cavanşir Məmmədzadə
- Baxış: 320