• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1144
— 18.03.2017 10:02

Tag Heuer Connected Modular 45 smart-saatları təqdim olundu

2015-ci ildə İsveçrə şirkəti TAG Heuer Connected smart-saatlar təqdim etmişdi. Intel və Google-la birgə hazırlanan saatların qiyməti 1500 dollar olsa da, tələbat yüksək idi. Bir il keçdikdən sonra şirkət modeli yeniləmək qərarına gəldi. Connected Modular 45 indi titan korpusa, 1,39 düymlük sapfir şüşəli AMOLED ekrana, Intel Atom prosessoru, 1 Qb operativ və 4 Qb əsas yaddaşa yiyələnib. Wi-Fi, Bluetooth, NFC və GPS modulları ilə təmin olunan cihaz suyun 50 metr dərinliyində də işləyir. Daxili batareyalar isə avtonom rejimdə 30 saat işləməyə imkan verir. Yeni Tag Heuer saatları fevralda təqdim olunmuş OC Android Wear 2.0 idarəetməsini dəstəkləyir. Bu saatlarda nəinki qolbağı, demək olar bütün detalları, o cümlədən saatın özünü klassik mexanizmə çevirmək mümkündür. Ümumilikdə “ağıllı” saatlar 56 versiyada təklif olunur. ABŞ-da artıq TAG Heuer Connected Modular 45 smart-saatların satışı başlayıb. Qiymət 1600 dollardan start götürür.

 

Cavanşir Məmmədzadə