• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1740
— 17.03.2017 22:43

Gədəbəydə maşın yoldan çıxaraq maneəyə çırpıldı, sürücü yaralandı

Gədəbəyin Zəhmət kəndində ağır yol qəzası baş verib. 22 yaşlı Hikmət Quliyev “VAZ 2106” markalı avtomobildə idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yolun kənarına çıxaraq maneəyə çırpılıb. Yaralanan sürücü Şəmkir Rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır. Faktla bağlı Gədəbəy Rayon Polis şöbəsində araşdırma aparılır.