• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 794
— 17.03.2017 15:23

Gəncəli sərbəst güləşçilərdən ölkə birinciliyində 4 medal

KepezTV Player

Yunan-Roma güləşçilərindən sonra sərbəst üsulda çıxış edən gəncəli pəhləvanlar da yeniyetmələrin Azərbaycan birinciliyində mükafatçı mövqelərdə yer alıblar. Bakı İdman Sarayında keçirilən yarışda Nizami yurdunun təmsilçiləri müxtəlif əyarlı 4 medal qazanıblar.  Mükafatlardan 2-si qızıl, 2-si bürünc olub. 50 kq-da Ramiz Həsənov və 58 kq çəkidə Turan Bayramov bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gəncə komandasına bürünc medalları isə 58 kq-da Məftun Nəsibovla 63 kq-da Murad Məmmədov qazandırıb.

Orxan Cəfərzadə