KepezTV Player
Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam Gəncədə də icra edilib. Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında cəza çəkən 4 məhkum azadlığa buraxılıb. Gəncə sakinləri 26 yaşlı Rəsul Əndi və 25 yaşlı Sədrəddin Musayev, Şəmkir sakini 35 yaşlı Emin Məmmədov, eləcə də Bakı sakini 22 yaşlı Elnur Muradov əfv olunanların siyahısında olub. Barələrində azadlıqdan məhrum etmə cəzası təyin edilən həmin şəxslər cəzanın çəkilməyən hissəsindən azad ediliblər.
Vəfa Şairova
- Baxış: 1714