İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Çempionlar Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Qitənin ikinci dərəcəli klub turnirinin cütlükləri isə saat 16:00-da məlum olacaq.
Hər iki turnirdə übarizəni davam etdirən 8 komanda 4 cütlüyə bölünəcək. Kor püşk atıldığından istənilən komanda istənilən rəqiblə üz-üzə gələ bilər.
Bu mərhələdə Çempionlar Liqasında 5 ölkə, yalnız “Böyük beşlik” komandaları çıxış edir. 1/4 finalda İspaniya 3, Almaniya 2, Fransa, İtaliya və İngiltərə 1 komanda ilə təmsil olunacaq.
Avroliqada 7 ölkə təmsilçisi iştirak edir. Növbəti mərhələdə yalnız Belçika 2 komanda ilə təmsil olunacaq. Qonşu Türkiyənin mübarizəni davam etdirən yeganə komandası “Beşiktaş”ın da rəqibi Nyonda bəlli olacaq.
Qeyd edək ki, ÇL-də 1/4 finalında ilk oyunları 11-12 aprel, cavab görüşləri isə 18-19 aprel tarixlərində, Avroliqanın 1/4 final matçları isə aprelin 13-də və 20-də oynanılacaq.
Çempionlar Liqası
1/4 final
(11/12 və 18/19 aprel)
“Atletiko” (İspaniya)
“Barselona” (İspaniya)
“Real” (İspaniya)
“Bavariya” (Almaniya)
“Borussiya” (D, Almaniya)
“Lester” (İngiltərə)
“Yuventus” (İtaliya)
“Monako” (Fransa)
Avropa Liqası
1/4 final
(13 və 20 aprel)
“Beşiktaş” (Türkiyə)
“Mançester Yunayted” (İngiltərə)
“Lion” (Fransa)
“Şalke” (Almaniya)
“Selta” (İspaniya)
“Anderlext” (Belçika)
“Genk” (Belçika)
“Ayaks” (Hollandiya)
Orxan Cəfərzadə
- Baxış: 342