• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1472
— 17.03.2017 14:52

Millimiz finalda Rusiya ilə görüşəcək

İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışlarında finalçılar bəlli olub. Türkiyə, Belarus və Ukrayna idmançıları ilə bir yarımqrupda yer alan yığma komandamız bütün görüşlərini qələbə ilə başa vuraraq finala adlayıb. Həlledici qarşılaşmada digər yarımqrupu ilk sırada tamamlayan Rusiya millisi komandamızın rəqibi olacaq. Final görüşləri Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. 

1-ci görüş

 

2-ci görüş

AZƏRBAYCAN - Türkiyə 5:3
59 kq - Rövşən Bayramov - Hammet Rustem 3:6 tuşe
66 kq - Kamran Məmmədov - Atakan Yüksel 2:6
71 kq - Həsən Əliyev - İ. Sönmez 1*:1
75 kq - Elvin Mürsəliyev - Emrah Kuş 3:1
80 kq - Rafiq Hüseynov - Aslan Atem 2:4
85 kq - İslam Abbasov - Metehan Başar 7:0
98 kq - Orxan Nuriyev - Cenk İldem 3:1
130 kq - Sabah Şəriəti - Ali Nail Arslan 2:0

             

AZƏRBAYCAN - Belarus 5:3
59 kq - Taleh Məmmədov - Maksim Kajarski 1:2
66 kq - Nofəl Babayev - Yaraslav Kardaş 8:0
71 kq - Həsən Əliyev - Pavel Liax 9:0
75 kq - Elvin Mürsəliyev - Yahor Kasiankou 10:2
80 kq - Rafiq Hüseynov - Radzik Kuliyeu  2:0
85 kq - İslam Abbasov - Mikalai Stadub 3:0
98 kq - Orxan Nuriyev - Yahor Yaskavets 7:8
130 kq - Sabah Şəriəti - Heorhi Çuhaşvili 0:5

3-cü görüş

 

 

AZƏRBAYCAN - Ukrayna 5:3
59 kq - Taleh Məmmədov - Zhora Abovian 9:1
66 kq - Kamran Məmmədov - Parviz Nasibov 2:2*
71 kq - Rəsul Çunayev - Ruslan İsrafilov 7:0
75 kq - Elvin Mürsəliyev - Artem Matiash 11:1
80 kq - Rafiq Hüseynov - Dmitro Pışkov 1:3 
85 kq - İslam Abbasov - Yuriy Şkriuba 3:1
98 kq - Orxan Nuriyev - Volodimir Vasilyev  1*:1
130 kq - Oyan Nəzəriani - Mikola Kuçmi 1:2

   

Orxan Cəfərzadə