• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2247
— 17.03.2017 13:26

DİM orta ixtisas təhsil müəssisələrinə tələbə qəbuluna başlayıb

KepezTV Player

Dövlət İmtahan Mərkəzi 2017/2018-ci tədris ili üçün orta ixtisas təhsil müəssisələrinə ümumi 9 illik orta təhsil bazasından tələbə qəbuluna başlayıb. Mərkəzin Gəncə Regional Bölməsindən verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququna ümumi orta, tam orta, orta ixtisas və ya ali təhsili başa vurması haqqında müvafiq dövlət nümunəli sənəd alan şəxslər malikdir. Həmin şəxslər martın 14-dən aprelin 4-dək internet vasitəsilə "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan yararlanmaqla Dövlət İmtahan Mərkəzinin internet səhifəsindən "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər. Müsabiqədə ilk dəfə iştirak edənlər üçün ödəniş tələb olunmasa da, 2-ci dəfə imtahana qatılanlar ödəniş etməli olacaqlar.

Nəsimi Məmmədov- DİM-nin Gəncə Regional Bölməsinin müdiri: “Ödəniş ödəyən abituriyentlər isə ümumi orta təhsil bazasından orta ixtisas təhsil müəssilərinə sənəd verib və imtahanda iştirak etmək istəyən abuturiyentlər öz elektron ərizələrini doldurub təsdiq edərkən onlardan 20 manat vəsait istənilir. Dövlət İmtahan Mərkəzinin internet saytında "Şəxsi kabinet" yaratdıqdan sonra müxtəlif ödəmə üsulları vasitəsilə abuturiyentdən çıxılır”.

Xaliq Qurbanlı