• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1356
— 17.03.2017 13:22

Gömrükçülər külli miqdarda qaçaqmal siqaret və qaz balonları aşkar ediblər

KepezTV Player

Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21063" markalı avtomobil saxlanılıb. Sürücü ilə gömrük nəzarətindən gizlədilən, gömrük orqanına mütləq bəyan edilməli hər hansı əşyanın olub- olmaması barədə sorğu-sual aparılıb. Həmin şəxs gömrükçülərə idarə etdiyi avtomobildə gömrük nəzarətinə bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Gömrük yoxlaması zamanı isə gömrük orqanına yazılı və ya şifahi şəkildə bəyan edilməyən 13 min 600 ədəd müxtəlif markalı siqaret və 7 ədəd kondisionerlərdə istifadə edilməsi nəzərdə tutulan qaz balonu aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Zülfiyyə Telmanqızı