• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2241
— 16.03.2017 10:16

ARB Ulduz bu gün 16 yaşını qeyd edir

KepezTV Player

Azərbaycan teleməkanında ilk musiqi kanalı olan ARB Ulduz bu gün 16 yaşını qeyd edir.  İndi sizi ARB Ulduzun efirini rənagarəng verlişləri ilə bəzəyən, aparıcılarımızla, kadr arxasında olan əməkdaşlarımızla yaxından tanış edəcəyik. Onların ürək sözlərini, təbriklərini eşidəcəyik.

ARB Ulduz haqqında təbriklər

Turanə Məsimzadə- Proqram redaktoru: “Biz çalışırıq ki, gün ərzində seçdiyimiz musiqilərlə insanlara xoş ovqat bəxş edək. Buna misal olaraq, efirimizdə yayımlanan bu axşam verlişini göstərmək olar. İnsanlar bura qoşularaq, öz xoş sözlərini bildirirlər. Musiqi seçimində nə qədər gözəl seçdiyimizi qeyd edirlər”. 

Tərlan Abbasova- Proqram redaktoru: “ARB Ulduz komandası ilə işləmək bizim üçün çox xoşdur. Biz çalışırıq ki, tamaşaçılar hər zaman razı qalsın. Onların istəyi bizim üçün çox önəmlidir. İnşallah bu sevilən kanal olaraq davam edər. Təbrik edirik”.

Turanə, Tərlan:  “ARB Ulduz ad günün mübarək!”

Yayımına 2001-ci ildə start verən ARB Ulduz kanalı ilk vaxtlar Alternativ adı altında fəaliyyətə başlayıb.  2013-cü ildən isə fəaliyyətində yenilik edərək, formatı dəyişdirilib və efirində əsas yer musiqiyə verilib. Bununla da Azərbaycanın ilk musiqi telekanalı olub.  

Elgün Camal: “16 ildir ki, ARB Ulduz televiziyası izləyicilərə keyfiyyətli musiqi təqdim edir və təbii ki, biz də bu kanalın, bu televiziyanın bir tərkib hissəsi olmağımıza çox şanslıyıq. Bilirsiniz ki, “Bu axşam” verlişi həm də ARB Ulduz televiziyasında yayımlanır. Bütün komandamızı, bütün belə deyək, peşəkar komandamızı, həm kadr arxasında çalışan,  həm də kadr önündə çalışan bütün komandamızı ürəkdən təbrik edirəm. Ən əsası düşünürəm ki, bu ad günü həm də ARB Ulduzu sevənlərin ad günüdür. Əziz tamaşaçılar sizin, bizim ad günümüz mübarək olsun!”.

 Nata: “ Bütün komandamızı təbrik edirəm. İnşallah bundan da bol nailiyyətlər əldə edək və gün o gün olsun ki, 16 yaşımızı yox, məhz 116 yaşımızı qeyd edək”.

2015-ci il 18 mart  tarixindən etibarən Azerspace-1 peyki vasitəsilə yayımlanmağa başlayıb. 2016-cı il sentryabrın 19-dan isə "Alternativ TV"-nin  adı dəyişdirələrək "ARB Ulduz" olub.

Aynur- aparıcı: “ARB Ulduzun bu gün 16 yaşı tamam olur. Mən də bu qısa müddətdə burda işlədiyimə baxmaraq, ARB Ulduz komandası ilə çalışmaq mənim üçün çox xoşdur və hər kəsin öz həyatının ulduzuna çevrilməsi üçün, ARB Ulduzu izləməyə çağırıram. Ad günün mübarək ARB Ulduz!”

 “Şou məkan” , “Bu axşam”, “Virtual həyat”, “Top 25”adlı verlişlər, televiziyanın yayımına xüsusi rəng qatır.

İşgüzar komandası olaraq, biz də ARB Ulduz televiziyasını təbrik edir, bol tamaşaçı və yayımının uzun ömürlü olmasını diləyirik.

İşgüzar Fidan, Elgün və Pərvin.