Yarışda Azərbaycan yığma komandası da iştirak edir. Millimiz Türkiyə, Belarus və Ukrayna idmançıları ilə bir yarımqrupda mübarizə aparır. Yarışın proqramına əsasən, martın 16-da qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcək.
Xatırladaq ki, 2015-ci ildə keçirilən analoji yarışda yunan-güləşçilərimiz Dünya Kubokunun sahibi olub.
Orxan Cəfərzadə
- Baxış: 285