Aprelin 17-dən 19-dək Bakıda cüdo üzrə 21 yaşadək oğlanlar və qızlar arasında klubların beynəlxalq komanda yarışı keçiriləcək. Turnir ötən ilin aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərin xatirəsinə həsr ediləcək. Yarışda hər komandadan 7 idmançı, o cümlədən 5 oğlan və 2 qız iştirak edə bilər. Oğlanlar 60, 66, 73, 81 və 81+kq, qızlar isə 57 və 63 kq çəki dərəcələrində tatami üzərinə çıxacaqlar. İlk üç yeri tutacaq komanda və iştirakçılar müvafiq dərəcəli kubok, diplom, medal və pul mükafatları ilə təltif olunacaqlar.
Orxan Cəfərzadə
- Baxış: 277