• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1410
— 16.03.2017 12:59

Avropada böyük futbol həyəcanı bu gün qitənin ikinci dərəcəli klub turnirində keçiriləcək oyunlarla davam edəcək

Avropa Liqasında bu axşam 1/16 final mərhələsinə yekun vurulacaq. Bununla da növbəti mərhələyə adlayacaq 8 komandanın adı bəlli olacaq. Futbol gecəsində şübhəsiz azərbaycanlı azarkeşlərin diqqəti İstanbula yönələcək. Türkiyənin turnirdəki yeganə komandası Beşiktaş evdə Olimpiakosu qəbul edəcək. İlk görüşdə səfərdə qeydə alınan 1:1 hesablı nəticə qara qartalı oyuna üstün çıxaracaq. Çünki səfərdə vurulan top türkləri cavab görüşü qolsuz heç-heçə yekunlaşsa belə 1/8 finala daşıyacaq.

Günün daha bir maraq doğuran oyununda avroliqanın favoriti sayılan Mançester Yunayted Old Trafforda Rostovla münasibətlərinə aydınlıq gətirəcək. Rusiyada rəqibini məğlub edə bilməyən qırmızı şeytanlar əsas işi dumanlı albiona saxlayıb. Rusların şansının yüksək qiymətləndirilmədiyi cütdə mankunianların büdrəyəcəyi inandıcı görünmür.

Rusların daha bir təmsliçisi İspaniya səfərində Selta Viqoya 2:1 hesabıyla uduzan Krasnodar evdə bunu əvəzini çıxmaq üçün yaxşı şansa malikdi. Eyni adlı şəhərin komandasının Viqoda vurduğu qol onlara üstünlük qazanadırır.

Roma - Lyon görüşü də azarkeşlərin diqqət mərkəzindəki qarşılaşmalar arasında olacaq. Fransada gözlənilmədən 4:2 hesabıyla məğlub olan canavarlar cavab qarşılaşmasında dönüş yaradaraq  növbəti mərhələni təmin etmək üçün var gücünü ortaya qoyacaq.

Eyni cütdə yer alan eyni ölkənin komandaları Genk - Gent və Borussiya Münhenqladbax - Şalke oyunları da  böyük maraqla gözlənilir. Belçika duelində Genk birinci görüşdə 5:2 qələbə qazanaraq cütün taleyini böyük ölçüdə həll etsə də, alman qarşıdurmasında 1:1 hesablı bərabərlik qalibi cavab oyununda müəyyənləşdirəcək.

Digər iki oyunda isə Qəbələnin qrupdakı rəqibi Anderlext Apoellə, Ayaks Kopanhagenlə üz-üzə gələcək. Belçikalılar minimal hesablı fərqi qorumaqla, hollandlar isə qalib gəlməklə 1/8 final arzusundadılar.

 

Avropa Liqası

1/8 final, cavab oyunları

16 mart


22:00. “Beşiktaş” (Türkiyə) - “Olimpiakos” (Yunanıstan)
İlk oyun - 1:1

22:00. “Genk” (Belçika) - “Gent” (Belçika)
İlk oyun - 5:2

22:00. “Krasnodar” (Rusiya) - “Selta” (İspaniya)
İlk oyun - 1:2

00:05. “Ajaks” (Hollandiya) - “Kopenhagen” (Danimarka)
İlk oyun - 1:2

00:05. “Anderlext” (Belçika) - APOEL (Kipr)
İlk oyun - 1:0

00:05. “Roma” (İtaliya) - “Lion” (Fransa)
İlk oyun - 2:4

00:05. “Borussiya” (Münhenqladbax, Almaniya) - “Şalke” (Almaniya)
İlk oyun - 1:1

00:05. “Mançester Yunayted” (İngiltərə) - “Rostov” (Rusiya)
İlk oyun - 1:1

 

Orxan Cəfərzadə