Lamborghini Diablo və Countach-ın yaradıcısı Marçello Qandini Hindistan şirkəti Tata üçün orta motorlu konseptual Racema sportkarı hazırlayıb. Tamo subbrendi altında buraxılacaq prototip Cenevrədə sərgilənib. Racemonun uzunluğu 3835 millimetr, eni 1810, hündürlüyü 1208 millimetr təşkil edir. Təkər bazası isə 2430 millimetrə bərabərdir. Tamo Racemo 1,2 litrlik 3 silindrli turbomotorla hərəkətə gəlir, 190 isə onun at gücüdür. Aqreqat 6 pilləli robotlaşdırılmış transmissiya ilə birləşir. İlk “yüzü” hind sportkarı 6 saniyəyə yerinə yetirir. Konseptkarın maksimal sürəti isə açıqlanmır. Tamo Racemo-nun əsas özəlliklərindən biri də 3 qat rəqəmsal alətlər panelinə sahib olmasıdır. Onun üzərində Microsoftla birgə işləyiblər. Tamo Racemo-nun kütləvi istehsalının nə zaman başlayacağı bilinmir.
Cavanşir Məmmədzadə
- Baxış: 296