• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1814
— 16.03.2017 02:01

Soyuq silahla qan tökdülər

KepezTV Player

Səbrin axırı xeyirdir. Ancaq onu əldən verib, xeyiri şərə calayanlar da olur. Gəncə və Bakıda da eyni hal yaşanıb. Mübahisəyə soyuq silahla yekun vurublar.

Gəncənin Atatürk prospektində bıçaqlanma faktı qeydə alınıb. Məhsəti qəsəbəsi sakini 29 yaşlı Razim Allahverdiyev döş qəfəsinin kəsilmiş, deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib. Yaralı dərhal əməliyyat edilib və vəziyyətinin ağır olduğu bildirilir.

Paytaxtın Nizami rayonunda da bıçaqlanma hadisəsi baş verib. İlqar Hacıyev yaşadığı evin yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ətrafdakı insanların çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı zərərçəkənin qarın nahiyəsindən bıçaqlandığı məlum olub. Tibbi yardımdan sonra o, palataya yerləşdirilib. Dindirmələr zamanı zərərçəkən bildirib ki, axşam zibil atmağa gedərkən tanımadığı şəxs ona yaxınlaşaraq mübahisə etməyə başlayıb. Daha sonra isə onu bıçaqlayaraq, hadisə yerindən qaçıb. Daha bir qanlı olay rayonun Naxçivanski küçəsində qeydə alınıb. 41 yaşlı Namiq Məmmədov alın və bud nahiyələrindən bıçaq xəsarəti alıb. Xəstəxanaya gətirilən yaralıya tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir. Hadisə barədə Nizami Rayon polis Idarəsinə məlumat verilib. Polis əməkdaşları yaralını dindirərək əməliyyat- axtarış tədbirlərinə başlayıblar. Hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat keçirilir. Faktla əlaqədar Cinayət işi başlanıb.

Zülfiyyə Telmanqızı