• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 745
— 15.03.2017 21:40

Şəmkirdə qaynının oğlu qadını döyərək xəstəxanalıq etdi

KepezTV Player

Şəmkirdə döyülmə faktı qeydə alınıb. Hadisə rayonun Könüllü kəndində baş verib. Həm qonşusu, həm də qaynının oğlu olan şəxs tərəfindən döyülən kənd sakini 49 yaşlı Minarə Namazova Şəmkir Rayon Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə aparılıb. Yaralıya  tibbi yardım göstərildikdən sonra palataya yerləşdirilib.

Məlumata görə, Minarə Namazova ilə qaynının oğlu 28 yaşlı Anar Namazov arasında torpaq sahəsi ilə bağlı mübahisə yaranıb. Bunun nəticəsində sərxoş olan Anar qadına zor tətbiq edib. Faktla bağlı araşdırma aparılır.

Minarə Namazova - zərərçəkən: “Yalvardım ona ki, məni öldürmə. Dedi səni öldürərəm qanını batıraram. Bizim torpaq payına yiyəlik etmək istəyirdi”.

Xoşəqədəm Məmmədova - qohumu: “Yoldaşı traktor dalınnan gedib, bu da gedib ki, səpməyə yoldaşına kömək eləsin. Deyr gedəndə gördüm Anar yerimizi əkir. Deyib ki, oğul bu bizim yerdi əkmə. Deyir araq içmişdi məni döydü”.

Nurlan Qurbanov - həkim: “Döyülmə nəticəsində xəsarət alıb. Diaqnozu qapalı kəllə beyin travması, beyin sirkələnməsi, bədənin müxtəlif nahiyyələrinin əzniyi. Xəstənin baş beyin nahiyyəsi ultra səs müayinəsindən keçdi, rentgen olundu. Vəziyyəti orta ağırdı, müalicələri davam edir”.

Elnur Vahidoğlu