• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1481
— 15.03.2017 14:33

Səfərbərlik Xidmətinin rəisi Ağstafada qəbul keçirib

KepezTV Player

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Ağstafa rayonunda qəbul keçirib. Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy sakinləri əsasən xidmətin müvafiq şöbə və bölmələrində işə, habelə hərbi xidmətə qəbul, aprel ayında müddətli həqiqi hərbi xidmətə çağırılan gənclərin xidmət yerlərinin müəyyənləşdirilməsi, Qarabağ müharibəsi veteranı adının və vəsiqəsinin verilməsinə kömək göstərilməsi kimi məsələlərlə bağlı müraciətlər ünvanlayıb. Qaldırılan məsələlər xidmət rəisi tərəfindən dinlənilib, bir çoxu yerindəcə operativ həll edilib. Bəzi müraciətlərin araşdırılması, qanunvericiliyə uyğun həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib. Xidmətin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti qurumlara çatdırılmaq üçün nəzarətə götürülüb.

Natiq Hüseyn