• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1418
— 15.03.2017 12:23

Futbol üzrə Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulub

Son oyun günündə liderlər autsayderlərlə üz-üzə gəlib. İlk görüşdə Qarabağ doğma publika önündə Azalı qəbul edib. Görüşün birinci hissəsi qolsuz başa çatıb. Ağdam klubu təyyarəçilərin müqavimətini yalnız 68-ci dəqiqədə qıra bilib. Cərimə meydançasında bir anda nəzarətsiz qalan Dino Ndlovu bundan maksimum istifadə edərək rəqib qapısına yol tapıb. Sonadək başqa olmadığından oyun Qarabağın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun son görüşündə Neftçi Qəbələni sınağa çəkib. Fasilədən sonra uğurlu çıxışla diqqət çəkən bakılılar çempionatın liderindən də xal almağı bacarıb. 39-cu dəqiqədə Namiq Ələsgərovun qolu meydan sahiblərinə 3 xal üçün bəs edib. Beləliklə bu nəticədən sonra turnir cədvəlində lider dəyişikliyi baş verib. Qəbələni 2 xal qabaqlayan Qarabağ ilk pilləni ələ keçirib.

Azərbaycan Premyer Liqası

XXII tur

14 mart (çərşənbə axşamı)

 

“Qarabağ” – AZAL - 1:0 

Qol: Dino Ndlovu, 68

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ramil Diniyev

AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Xaqani Məmmədov
Suraxanı qəsəbə stadionu

İlk 3 dövrədəki oyunlar: 6:0, 1:0, 2:1

 

“Neftçi” – “Qəbələ” - 1:0

Qol: Namiq Ələsgərov, 39

Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Şaiq Həmidov
8-ci km qəsəbə stadionu

İlk 3 dövrədəki oyunlar: 0:8, 1:4, 0:1

 

Turnir cədvəli

1

Qarabağ

22

15

3

4

37-11

48

2

Qəbələ

22

13

7

2

41-12

46

3

İnter

22

10

9

3

32-21

39

4

Zirə

22

8

5

9

20-23

29

5

Sumqayıt

22

6

7

9

20-29

25

6

Neftçi

22

7

2

13

17-35

23

7

Kəpəz

22

4

9

9

15-24

21

8

AZAL

22

1

6

15

9-36

9

Bombardir: Filip Ozobiç (Qəbələ) – 11.

Orxan Cəfərzadə