• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1162
— 15.03.2017 12:22

Daha iki komanda 1/4 finalda

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti cavab oyunları baş tutub. Keçirilən görüşlərdən sonra 1/4 finalın daha iki iştirakçısının adı məlum olub. İtaliya çempionu "Yuventus" öz meydanında "Portu"nu qəbul edib. Portuqaliyadakı ilk qarşılaşmada 2:0 hesabı ilə qalib gələn Turin təmsilçisi doğma meydanda da rəqibini məğlub etməyi bacarıb. 40-cı dəqiqədə cərimə meydançasında qapıya gedən topun qarşısını əli ilə kəsən Maksimiliyano Pereyra qırmızı vərəqə alıb və penaltiyə səbəb olub. Məsuliyyəti öz üzərinə götürən Paulo Dibala qapıçı ilə yumşaq mərmini fərqli künclərə göndərərək komandasını önə keçirib. Bu qol həm də oyunun yekun nəticəsini müəyyənləşdirib. Beləliklə prineyliləri minimal hesabla üstələyən Yuventus iki görüşün nəticəsinə görə mərhələyə yüksəlib.

Günün digər qarşılaşması İngiltərədə keçirilib. Premyerliqanın son qalibi "Lester" evdə "Sevilya” ilə üz-üzə gəlib. Birinci görüşdə meydan sahibləri 2:1 hesablı qələbə qazandığından səfərə sərfəli nəticə ilə gəliblər. Ancaq məşqçi dəyişikliyindəən sonra yaxşı təsir bağışlayan "Lester" çempionatda uğurlu çıxışın davamını "Sevilya" ilə oyunda da gətirib. 27-ci dəqiqədə Ues Morqan "tülkülər"i ümidləndirən qola imza atıb. İkinci yarının əvvəlində meydan sahibləri ikinci dəfə qola sevinib. 54-cü dəqiqədə Mark Olbrayton qüvvətli zərbəylə çərçini dəqiq nişan alıb. Bundan sonra oyun gərgin məcarada keçib. 74-cü dəqiqədə Ceym Vardi və Samir Nəsri arasında yaranan mübahisədən sonra hakim hər iki futbolçuya sarı vərəqə göstərib. Bu Nəsirini ikinci xəbərdarlığı olduğundan meydanı tərk etməli olub. 10 nəfərlə oynamasına baxmayaraq 80-ci dəqiqədə penalti qazanan qonaqlar bundan yararlana bilməyiblər. Steven Nzonzi fürsəti qaçıraraq Sevilyanın ¼ final arzusunun üstündən xətt çəkib. Yekunda 2 cavabsız qolla qalib gələn Lester Siti növbəti mərhələyə adlayıb.

 

UEFA Çempionlar Liqası

1/8 final mərhələsinin cavab oyunları

14 mart

 

“Yuventus” (İtaliya) – “Porto” (Portuqaliya) - 1:0

Qol: Dibala, 42

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

İlk oyun – 2:0

 

“Lester” (İngiltərə) – “Sevilya” (İspaniya) - 2:0

Qollar: Morqan, 27, Olbrayton, 54

Baş hakim: Daniele Orsato (İtaliya)

İlk oyun – 1:2

Orxan Cəfərzadə