• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1147
— 15.03.2017 10:30

Volvo XC60 407 at güclü hibrid oldu

Son günlər avtomobil həvəskarlarının diqqət mərkəzində olan Cenevrə şəhərində isveçlilər Volvo XC60 krossoverinin ikinci nəsil modelini nümayiş etdiriblər. 407 at gücü qazanan ofroud ilk 100 km/saat sürəti 5,3 saniyəyə yığır. Volvo XC60-ın motor qammasına 4 silindrli turbomotor daxil edilib: ikisi dizel, digər ikisi isə benzin. Birincilər 190 və 235 at gücündədir. Benzin aqreqaların gücü isə 254 və 320-yə çatır. Bazara çıxanda Volvo XC60 tam ötürücü sistemdə və 8 diapazonlu avtomatik sürət qutusu ilə olacaq. Krossoverin uzunluğu 4690 millimert, eni 1902, hündürlüyü 1658 mm-dir. 2865 mm isə onun təkər bazasının ölçüsüdür. Bu göstəricilərlə yeni model əvvəlkindən uzun, enli, lakin nisbətən alçaq alınıb. Maşın dünyanın ən təhlükəsiz avtomobillərindən biri sayılır. Volvo XC60-ın ishtehsalı aprelin ortalarında İsveçdə başlayacaq.

Cavanşir Məmmədzadə