• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 755
— 14.03.2017 18:36

Tanınmış şairin oğlunu döyərək öldürdülər

KepezTV Player

Xalq şairi Fikrət Qocanın oğlunun qətli ilə bağlı təfərrüatlar məlum olub, hadisədə təqsirləndirilən şəxslər saxlanılıblar. Bakıda martın 11-də meyiti tapılan Yalçın Qocayevin 3 nəfər tərəfindən döyülərək öldürüldüyü aşkara çıxarılıb. Qətl hadisəsi Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonunda yerləşən rayon şöbəsinin inzibati binasında baş verib. Əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakini Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov və Bakı şəhər sakini Pərviz Hüseynov Veteranlar Birliyinin üzvü Yalçın Qocayevlə mübahisə ediblər. Mübahisə əlbəyaxa davaya keçib. Yalçın Qocayev baş nahiyəsinə endirilən zərbədən sonra yerə yıxılıb. Şəxslər Qocayevin öldüyünü müəyyənləşdirdikdə hadisə yerindən qaçıblar. İşin araşdırılmasına başlayan Nəsimi rayon polis idarəsi və prokurorluq əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu davada iştirak edənləri yaxalayaraq istintaqa cəlb edib. Dindirmələr zamanı Yalçın Qocayevə olümcül zərbəni Sabirabad rayon sakini Elnur Nəhmədovun endirdiyi müəyənləşdirilib. Faktla əlaqədar Nəsimi rayon prokurorluğunda CM qəsdən adam öldürmə maddəsi ilə başlanan cinayət işi üzrə araşdırmalar davam edir.