KepezTV Player
Ağsunun Kəndoba kəndində bədbəxt hadisə baş verib. 11 yaşlı Əli Əliyev dünyasını dəyişib. O, başın əzilməsi, sol gicgah sümüyünün sınığı və beyinə qansızması xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Uşağın vəziyyəti ağır olduğu üçün ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra təcili Bakı şəhərinə göndərilib. 5-ci sinif şagirdinin həyatını xilas etmək mümkün olmayıb. Ağsu Rayon Prokurorluğundan bildirilib ki, Əli təhsil aldığı məktəbin həyətində uşaqlarla oynayarkən ehtiyatsızlıq edib və yaxılaraq başı daşa dəyib. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 456