• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1971
— 14.03.2017 18:55

Meşədə yanğın çıxıb

KepezTV Player

İsmayıllının Talıstan kəndi yaxınlığında, meşə ərazisində yanğın baş verib. Təxminən 300-400 kv.m ərazidə kol-kos yanıb. Əraziyə İsmayıllı Dövlət Yanğından Mühafizə xidmətinin iki yanğınsöndürən maşını və 20 əməkdaşı cəlb olunub. Kənd sakinlərinin də köməyi ilə alovun qarşısı tamamilə alınıb. Hələlik səbəb məlum deyil. Fakt araşdırılır.