• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2522
— 14.03.2017 22:03

60 yaşlı Tovuz sakinini maşın vuraraq öldürdü (Yenilənib)

KepezTV Player

Tovuz şəhərində yolu keçmək istəyən 60 yaşlı Yaşar Kərimovu avtomobil vurub. Xəsarət alan piyada Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılıb, tibbi müdaxilələrə baxmayaraq, Kərimov dünyasını dəyişib. Hadisəni törədən "VAZ 2106" markalı avtomobilin sürücüsü Tovuz şəhər sakini, 32 yaşlı Rəşad Hacıyev isə Tovuz Rayon Polis Şöbəsinə gələrək təslim olub.  Fakt araşdırılır.

19:19-a olan xəbər

Tovuz şəhərində piyadanı maşın vurub. Yolu keçmək istəyən 60 yaşlı Yaşar Kərimovu naməlim avtomobil vurub. Sürücü hadisə yerindən qaçıb. Xəsarət alan piyada Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılıb, vəziyyəti ağırdır. Fakt araşdırılır.

Vüsalə Camal