• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1196
— 14.03.2017 15:36

Şəffaf vergi partnyorluğu sistemi nədir və vətəndaş bundan necə faydalana biləcək?

KepezTV Player

Bundan sonra intizamlı vergi ödəyiciləri həm də vergi partnyoru sayılacaq. Bu məqsədlə şəffaf vergi partnyorluğu sistemi yaradılıb. Həmçinin partnyor vergi ödəyicilərinə mükəmməl xidmət göstərmək məqsədilə Vergilər Nazirliyinin ərazilər üzrə nümayəndəliklərində yaşıl dəhliz təşkil olunub.

İsmayıl İsmayılov -Şəffaf Vergi Partnyorluğu Şöbəsinin baş dövlət vergi müfəttişi: "Şəffaf vergi partnyorluğunun yaradılmasında məqsəd könüllü əməl etmə prinsiplərinə riayət olunmasıdır. Hansı ki, vergi ödəyicilərinə ayrıca xidmətlər paketi təklif olunur. O xidmətlərin müqabilində onlardan vergi öhdəliklərinə, bütün inzibatçılığa könüllü əməl etmək tələb olunur. Bu tələblərə riayət edən ödəyicilər xüsusi üstünlük əldə edirlər. Vergi orqanı tərəfindən onlara göstərilən xidmətlərin standartları tamamilə dəyişir".

Adi bir müraciət inzibati icraat haqqında qanunda nəzərdə tutulan vaxtdan 3 dəfə az müddətə cavablandırılır. Məsələn, müraciətin cavablandırılması 15 gün nəzərdə tutulubsa 5, 3 gündürsə 1 gün ərzində baş verir. Həmçinin partnyor vergi ödəyiciləri vergi orqanına gəlmədən hər hansı tenxiki imkanlardan- facebook, vatsap və digər şəbəkələrdən istifadə etməklə öz müraciətini edə bilər. Bundan başqa həmin vergi ödəyicilərinə yaşıl dəhliz vasitəsilə qeydiyyatda olmadığı ərazilərdə belə xidmət göstərilir. Bəs vergi ödəyicisi şəffaf vergi partnyorluğuna necə daxil ola bilər?

İsmayıl İsmayılov -Şəffaf Vergi Partnyorluğu Şöbəsinin baş dövlət vergi müfəttişi: "Şəffaf vergi partnyorluğuna iki üsulla daxil olmaq olar. Vergi orqanının təşəbbüsü ilə və vergi ödəyicisinin müraciəti əsasında. Hər bir halda bütün müraciətlər Nazirlikdə təhlil departamenti tərəfindən araşdırılır. Ondan sonra qərar verilir. Seçim olandan sonra onlara bildiriş göndərilir".

Cari il fevralın 16-dan 12 saylı Ərazi Vergilər Departamentinin tabeliyində olan 56 nəfər vergi ödəyicisi ilə şəffaf vergi partnyorluğu üzrə müqavilə bağlanıb. Onlar partnyor vergi ödəyicisi statusunu alıb.

Qiyas Qafarzadə -partnyor vergi ödəyicisi: "İri vergi ödəyicisi kimi qeydiyyatdayıq. İstehsalımız günü- gündən artır. Şəffaf vergi partnyorluğu istehsal sahəsində, gördüyümüz işlər sahəsində bizim yolumuzu açır. İşimizi daha da genişləndirmək üçün bizə imkanlar yaradır. Dəstəkləyirik. Hamı bu işə qoşulsa yaxşı olar".

Gülşən İsmayılova -partnyor vergi ödəyicisi: "Məndə fəaliyyət göstərən müəssisə istehsalat təyinatlıdır və ticarətlə məşğuluq. Şəffaf vergi partnyorluğundan məmnunam. Vergi ödəyicisi olaraq bizim bütün istəklərimizi təmin edəcək

Ziyad İbrahimov -partnyor vergi ödəyicisi: "Biz 2006-cı ildən fəal vergi ödəyicisiyik. Nə qədər sahibkara imkan verilsə nə qədər yaxşı olsa biz hamımız vaxtında vergimizi ödəyərik. Vergi nə qədər sadələşsə, nə qədər yaxşı olsa, vergi ödəyicisi bir o qədər çox olar. Büdcəmizə daha çox pul daxil olar. Əgər işləyib qazanırsansa verməlisən".

Bu tendensiya xarici ölkələrdə uzun zamandır tətbiq olunur. Onlara nəinki vergi orqanlarında, bir çox sahələrdə güzəştlər edilir. Gələcəkdə ölkəmizdə də sistemin bu cür təkmilləşdirilməsi planlaşdırılır.

Jalə Qurbanova