• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 681
— 14.03.2017 15:52

Göygöl rayonunda ünvanlı sosial yardım alan 1549 ailəyə bayram sovqatı göndərilib

KepezTV Player

Heydər Əliyev Fondu Novruz bayramında da aztəminatlı ailələri yaddan çıxarmayıb. Bu məqsədlə Göygöl rayonunda ünvanlı sosial yardım alan 1549 ailəyə bayram sovqatı göndərilib. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən bu gündən başlayaraq ailələrə baş çəkilir, bayram sovqatı təqdim olunub. 4 gün ərzində rayon mərkəzində və 44 yaşayış məntəqsində yaşayan aztəminatlı ailələrə bu həftə ərzində növbəlilik əsasında ərzaq payının paylanılması nəzərdə tutulur.

Hilal Hüseynov -aztəminatlı: “Sağolsun dövlətimizi. Əziyyət çəkib hər bayram bizim süfrəmizi bəzəyirlər. Aztəminatlı ailələri heç vaxt yaddan çıxarmırlar. Təşəkkürümü bildirirəm bizi bayramlarda yad edənlərə”.

Sahilə Əliyeva -aztəminatlı: “Bizə pay göndərənlərin payı çox olsun. Keçən bayramda da, bu bayramda da ərzaq yardımı etdilər, uşaqlarımızı sevindirdilər. Azərbaycan xalqının bayramı mübarək olsun, başda prezidentimiz olmaqla”.

Xaliq Qurbanlı