• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1600
— 14.03.2017 12:43

Yaşayış evi yandı

KepezTV Player

Kürdəmirdə fərdi yaşayış evi yanıb. Hadisə gecə saatlarında şəhərin Z.Tağıyev küçəsi 13 A ünvanında, 68 yaşlı Xamis Xancanova məxsus ümumi sahəsi 130 kvadratmetr olan 6 otaqdan və mətbəxdən ibarət yaşayış evində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı evin 20 kvadratmetri yanıb.Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı tikililər və evin qalan hissəsi yanğından mühafizə olunub. İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Faktla bağlı araşdırma aparılır.

Zülfiyyə Telmanqızı