UEFA Çempionlar Liqasında 1/8 final mərhələsində bu axşam növbəti cavab oyunları keçiriləcək. Bununla da 1/4 finalın daha iki iştirakçısının adı məlum olacaq. İtaliya çempionu "Yuventus" öz meydanında "Portu"nu qəbul edəcək. Digər görüş İngiltərədə keçiriləcək. Premyer Liqanın son qalibi "Lester" öz meydanında "Sevilya"nı sınağa çəkəcək. Hər iki oyun ənənəvi vaxtında Bakı saatı ilə 23:45-də başlayacaq.
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
14 mart
23:45. “Yuventus” (İtaliya) - “Portu” (Portuqaliya)
İlk oyun - 2:0
23:45. “Lester” (İngiltərə) - “Sevilya” (İspaniya)
İlk oyun - 1:2
Orxan Cəfərzadə
- Baxış: 260