• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 994
— 14.03.2017 12:19

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqada 22-ci tura yekun vurulacaq

KepezTV Player

Tura Gəncədə start verilib. Burada “Kəpəz” “Zirə”ylə qarşılaşıb. Qol vurmaq üçün daha istəkli görünən gəncəlilər ilk yarıda bir neçə vəziyyətdə çərçivəyə düşməyə yaxın olsalar da, rəqib qapıçının sayıqlığı və qeyri-dəqiq zərbələr fasiləyədək hesabı açılmasına əngəl olub. İkinci yarıya da aktiv başlayan meydan sahibləri 56-cı dəqiqədə arzularına çatıblar. Kərim Diniyevin zərbəsini dəf edən Kamal Bayramov Julien Ebahın fərqlənməsinə mane ola bilməyib. 67-ci dəqiqədə kamerunlu hücumçunun dubl etmək imkanı yaransa da, lakin o bu dəfə Bayramovu məyus etməyi bacarmayıb. Sona doğru zirəlilərin iki dəfə hesabı bərabərləşdirmək şansı olub. Ancaq Davud Kəriminin inamlı çıxışı yekunda komandasına 3 xal qazandırıb. Beləliklə bu qələbəylə "Kəpəz" 8 oyunluq həsrətə son qoyub. 


Turun ilk oyun gününün son görüşündə ilk “üçlük”də qalmaq iddiasında olan “İnter” “Sumqayıt”ı qəbul edib. Görüş ev sahiblərinin qələbəsi ilə yekunlaşıb. Nizami Hacıyevin qolu oyunda yeganə olub. Zaur Svanadzenin yetirmələri bu nəticə ilə üçüncü pillədəki mövqeyini bir az da möhkəmləndirib.


Bu gün isə "Qarabağ" öz meydanında autsayder AZAL-ı qəbul edəcək. Cari mövsüm bu rəqibi ilə hər üç qarşılaşmadan qalib ayrılan Ağdam təmsilçisi bugünkü görüşün də aşkar favoritidir.

Günün digər oyununda lider "Qəbələ" "Neftçi"nin qonağı olacaq. Roman Qriqorçukun komandası zirvədəki yerini qorumağa çalışacaq.


Azərbaycan Premyer Liqası

XXII tur

13 mart (bazar ertəsi)

 

“Kəpəz” – “Zirə” - 1:0

Qol: Julien Ebah, 56
Hakimlər: Fariz Yusifov, Vüqar Bayramov, Cəmil Quliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə şəhər stadionu


“İnter” – “Sumqayıt” - 1:0

Qol: Nizami Hacıyev, 39

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vüsal Qənbərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
“İnter Arena”


 

14 mart (çərşənbə axşamı)


17:00. “Qarabağ” – AZAL

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Xaqani Məmmədov
Suraxanı qəsəbə stadionu

İlk 3 dövrədəki oyunlar: 6:0, 1:0, 2:1
 


20:00. “Neftçi” – “Qəbələ”

Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Şaiq Həmidov
8-ci km qəsəbə stadionu

İlk 3 dövrədəki oyunlar: 0:8, 1:4, 0:1

 

 

Turnir cədvəli

 

1

Qəbələ

21

13

7

1

41-11

46

2

Qarabağ

21

14

3

4

36-11

45

3

İnter

22

10

9

3

32-21

39

4

Zirə

22

8

5

9

20-23

29

5

Sumqayıt

22

6

7

9

20-29

25

6

Kəpəz

22

4

9

9

15-24

21

7

Neftçi

21

6

2

13

16-35

20

8

AZAL

21

1

6

14

9-35

9

 

Bombardir: Filip Ozobiç (Qəbələ) – 11.

 

 

 

Orxan Cəfərzadə