• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2218
— 14.03.2017 11:39

Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi başlayıb

Yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 2000-2001-ci il təvəllüdlü idmançılar iştirak edir. İlk gün 42, 46, 50, 54, 58 və 63 kq çəki dərəcələrində yunan-Roma güləşi üzrə 166 pəhləvan döşək üzərinə çıxacaq.

Martın 15-də isə 69, 76, 85 və 100 kq çəkidə yunan-Roma güləşçiləri ilə yanaşı, 42, 46 və 50 kq çəkidə sərbəst güləşçilər də mübarizə aparacaq. Yarışların son günündə isə, 54, 58, 63, 69, 76, 85 və 100 kq çəki dərəcəsində sərbəst güləşçilər qalib olmağa çalışacaq.

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutacaq idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunacaq və yığma komandanın heyətinə cəlb ediləcək.


 

Orxan Cəfərzadə