• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2316
— 14.03.2017 11:35

Bakı daha bir yarışa ev sahibliyi edir

Bu gün Bakıda boks üzrə ənənəvi “Böyük İpək yolu” beynəlxalq turniri start götürüb. Yarışda əvvəlki illərdən fərqli olaraq qadın komandaları da iştirak edir. 3 gün davam edəcək turnirdə kişilərdən ibarət Azərbaycan milli komandası ilə yanaşı, Rusiya və İran yığmaları tam heyətlə yarışır. Bundan başqa, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Qətər seçmələri də turnirdə təmsil olunur.

Qadınların mübarizəsində isə komandamızdan başqa, Türkiyə, Ukrayna və Belarus boksçuları da rinqdə döyüşəcək.

Ümumilikdə 100-dək boksçunun iştirak etdiyi yarışa martın 17-də yekun vurulacaq.

 

Orxan Cəfərzadə