• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1163
— 14.03.2017 10:03

349 km/saat sürətli SCG 003 superkarı təqdim olundu

Scuderia Cameron Glickenhaus (SCG) 003 adlı superkar  Cenevrə avtomobil sərgisində izləyicilərə təqdim olunub. Maşın əla aerodinamikli gözəl kuzova malikdir. Güc sistemi 4,4 litrlik V8 biturbo motorla hərəkətə gəlir. Mühərrik 800 at gücünü 7 pilləli sürət qutusu vasitəsilə arxa təkərlərə ötürür. Avtomobilin çəkisi 1360 kiloqramdır. Superkarın sürəti isə heyrətləndirir. Maksimal sürət 349 km/saatdır, yerindən 96 km/saat sürət yığma vaxtı isə cəmi 3 saniyə təşkil edir. SCG 003S-in nə vaxt satışa çıxacağı və neçəyə başa gələcəyi bilinmir.

 

Cavanşir Məmmədzadə