Cenevrə avtoşousunda Nissan Qashqai modelinin restaylinq olunmuş versiyasının premyerası baş tutub. Əsas dəyişikliklər yeni eksteryer dizaynı, modernləşdirilmiş salon və yarımavtonom idarəetmə sisteminin peyda olmasıdır. “Avtopilot” ProPilot kompleks sisteminə daxildir və şosse hərəkət edərkən idarəetməni tam ələ almaq qabiliyyətindədir. Elektronika maşını şosse zolaqları arasında saxlayır, sürətlənmə və əyləc sisteminə nəzarət edir. Avtomobilə təkmilləşdirilmiş təhlükəsizlik sistemi və sürücüyə yardım sistemi də əlavə olunub. Bu funksiya piyadaları müəyyən edir və avtomatik təcili əyləci işə salır, ətrafdakı trafiki və yol nişanlarını izləyir. Xarici görünüşünə görə krossover tamamilə fərqli ön kapot, bamper, faralar və radiator barmaqlığına görə seçilir. Arxada isə fənərlər yüngülcə dəyişib, bamperlər isə metal işləmələr qazanıb. Salonda ən əsas yenilik kimi üç oxlu sükan gözə dəyir. Multimedia kompleksində interfeys dəyişib. Qashqai-ın motor qamması əvvəlkitək qalıb. Təəssüf ki, satışların tarixi barədə məlumat yoxdur.
Cavanşir Məmmədzadə
- Baxış: 907