26 yaşlı Türkiyə vətəndaşı Koluklar Məhəmmədəli Əhməd idarə etdiyi yük avtomobilini Bakı-Qazax magistral yolunun Tovuz rayonunun Aşağı Əyyublu kəndindən keçən hissəsində saxlayaraq yolun qarşı tərəfindəki mağazaya getmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Ətrafdakıların köməyi ilə Tovuz Mərkəzi Rayon xəstaxanasına çatdırılan yaralının vəziyyətini həkimlər orta ağır qiymətləndirir. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
- Baxış: 387