• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1950
— 13.03.2017 15:28

Naftalan sakinlərinin də səhhəti yoxlanılır

KepezTV Player

Artıq 3400 nəfər tibbi müayinədən keçirilib. Onlardan 457-i ambulator, 31-i isə stasionar müalicəyə cəlb edilib. İcbari dispanserizasiya zamanı təhlükəli və yoluxucu xəstəliklər aşkar edilməyib. Naftalanda tibbi aksiya şəhər xəstəxanasında təşkil edilib. Yoxlamalar qrafikə uyğun olaraq səhiyyə ocağının müxtəlif şöbələrində ixtisaslı həkimlər tərəfindən aparılır. Artıq şəhərdəki 3 yaşayış məntəqəsində yaşayan əhali tibbi müayinəyə cəlb edilib. Yataq xəstələri və əlillər də profilaktik tədbirlərdən kənarda qalmır. Həkim briqadaları səyyar qaydada evlərə gedərək yoxlamalar aparır. Tibbi müayinələr may ayının 15-ə qədər davam edəcək.

İltifat Lütfüzadə -sakin: “Keçirilən tibbi müayinələri yüksək qiymətləndiririk. Hamı kimi mən də həkimlərin nəzarətindən keçdim, bağırsağımda problem aşkar olundu, bu xəstəlikdən heç xəbərim yox idi. Bunula bağlı mənə müalicə yazıldı”.

Cəmilə Məmmədova -sakin: “Yüksək təzyiqdən əziyyət çəkirəm. Gəldim bu aksiyada iştirak etdim, həkimlər müalicə yazdılar. Dərmanlarımı alıb bundan sonra müalicəmi davam etdirəcəm. Tibbi müayinənin keçirilməsini yüksək qiymətləndirirəm”.


 Xaliq Qurbanlı