Novruz bayramı ilə əlaqədər Şəmkir rayonunda aztəminatlı və imkansız ailələrə bayram sovqatı paylanılıb. Azərbaycan xalqının min illərdir qoruyub yaşatdığı, adət və ənənələri özündə əks etdirən Novruz Bayramı münasibəti ilə təbriklər səsləndirilib, əziz günlərdə ehtiyacı olan hər bir vətəndaşın yanında olmaq dövlətin diqqət və qayğısı kimi qiymətləndirilib. Ənənəvi olaraq təşkil olunan tədbirdə şəhid, əlil, kimsəsiz və aztəminatlı ailələrə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə bayram payları verilib. Ümumilikdə 1000 ailəyə sovqat təqdim edilib. Səhhəti ilə əlaqədər olaraq tədbirdə iştirak edə bilməyən şəxslərin bayram payları yaşadıqları ünvana çatdırılıb. Xeyriyyə aksiyası tək rayon mərkəzi deyil, bütün kənd və qəsəbələri əhatə edib.
Natiq Hüseyn
- Baxış: 637