• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 688
— 13.03.2017 13:39

Millimiz xatirə turnirində 3-cü oldu

Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 45-ci beynəlxalq turnir keçirilib. Baş məşqçi Firdovsi Umudov, məşqçilər Əsgərxan Novruzov və Rövşən Hacıyevin rəhbərliyi altında yığma komandanın 5 üzvü turnirdə mübarizə aparıb. Güləşçilərimiz turniri 2 qızıl və 1 gümüş medalla başa vurub. Qızıl medalları yığmamıza Qalib Əliyev (61 kq) və Aslanbek Alborov (97 kq) qazandırıb. Hər iki güləşçimiz finalda Türkiyə təmsilçisindən üstün olub.  Qalib Əliyev Abdi Zurnaçını 4:1 hesabı ilə üstələdiyi halda Aslanbek Alborov Rza Yıldırımı vaxtından əvvəl 12:2 hesabı ilə məğlub edib. 57 kq-da mübarizə aparan Mahir Əmiraslanov isə Türkiyə idmançısı Süleyman Atlı ilə final görüşündə uduzaraq gümüş medalla kifayətlənib.Komanda hesabında yığmamız Türkiyə və Rusiyadan sonra üçüncü pillədə qərarlaşıb. 

Orxan Cəfərzadə